Qolu sayılmayan futbolçumuz: Şoka düşmüşdüm

Qolu sayılmayan futbolçumuz: Şoka düşmüşdüm
14 Okt 2019 12:32


O qolun sayılmaması özümə də qəribə gəldi. 

realpress.az xəbər verir ki, bunu sport24.az-a müsahibəsində millimizin futbolçusu Bəhlul Mustafazadə deyib.

Hollandiyalı baş hakim Denis Hiqlerin 90+2-ci dəqiqədə Macarıstan millisinə qol vurmuş Bəhlul Mustafazadənin qolunu qeydə almayıb. O, bunu topun futbolçunun əlinə dəyməsi ilə əlaqələndirib. 22 yaşlı Bəhlul topun qarnına dəydiyini bildirib:

“Əvvəlcə, elə bildim qolu ofsayddan vurmuşam. Ancaq referi sərbəst yox, cərimə zərbəsi təyin etdikdə, şoka düşdüm. Axı bilirdim ki, top əlimə toxunmayıb. Final fitindən sonra da baş hakimə yaxınlaşıb təkrara baxdıqda necə kobud səhvə yol verdiyini görəcəyini bildirdim.

Qol qeydə alınmadıqdan sonra hakimə heç bir şey demədim. Vərəqəni göstərərkən bildirdi ki, əllə qol vurduğuna görə sənə rəsmi xəbərdarlıq edirəm”.

Qeyd edək ki, bütün seçmə qrup oyunlarında qol vuran millimiz bununla da ilk dəfə meydançanı qolsuz tərk edib. Yığmamız isə tarixdə heç vaxt xal ala bilmədiyi Macarıstanı hakimlər sayəsində yenə büdrədə bilməyib.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.