Nurmaqomedov növbəti hədəfinin adını açıqladı

Nurmaqomedov növbəti hədəfinin adını açıqladı
14 Okt 2019 12:52

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov növbəti hədəfinin adını açıqlayıb.

Realpress.az xəbər verir ki, rusiyalı idmançı oktaqona gələn ilin mart-aprel aylarında çıxmaq niyyətindədir. 

Həbib Nurmaqomedov növbəti döyüşünü isə Toni Ferqyusonla keçirəcəyini bildirib: "Çox güman ki, növbəti Ferqyuson olacaq. Digər rəqib yoxdur, o, buna layiqdir. Tonidən sonra mən Corc Sent-Pierlə də döyüşə bilərəm. Amma mən yarımorta çəkiyə qalxmayacam. Mən öz çəkimdə qalmaq, titulumu qorumaq və yüngül çəki tarixində ən yaxşı idmançı adını qazanmaq istəyirəm.

Makqreqorla revanşa gəldikdə isə, bu, məndən asılı deyil, o, gərək buna layiq olsun. Konor çox şeyi xahiş edə bilər, lakin bu, heç nə demək deyil. O gərək qayıtsın və öz şansını qazansın".


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.