Ronaldudan 700-cü qol

Ronaldudan 700-cü qol
15 Okt 2019 15:34

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasının 700-cü qolunu vurub.

Realpress.az qol.az-a istinadən xəbər verir ki, bu, Avro-2020-nin seçmə mərhələsində Ukrayna ilə səfər görüşündə (1:2) baş verib. 34 yaşlı hücumçu sözügedən matçda 72-ci dəqiqədə penaltidən fərqlənib.

Ronaldu "Real"da 450, "Mançester Yunayted"də 118, Portuqaliya millisində 95, "Yuventus"da 32, "Sportinq"də isə 5 qol vurub.

Beləliklə o, Romario, Pele, Jozef Biçan Qerd Müller və Ferenç Puşkaşdan sonra milli və klub forması ilə 700 qol səddinə çatan 6-cı futbolçu olub.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.