Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın qarşısı alınacaq - RƏSMİ

Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın qarşısı alınacaq - RƏSMİ
15 Okt 2019 17:04


Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı məsələyə münasibət bildirib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev realpress.az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: 

“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə mitinqə icazə verilməsə, “28 May” metrostansiyası ətrafında aksiya keçirilməsi barədə çağırışlar yayılıb. 


29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.