Ədviyyatların müalicəvi xüsusiyyətləri

Ədviyyatların müalicəvi xüsusiyyətləri
16 Okt 2019 09:37

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xüsusi dad və ətir verir.

Lakin bununla yanaşı, ədviyyatlar bir çox xəstəliklərə qarşı mübarizədə də faydalıdır. AZƏRTAC ədviyyatların müalicəvi xüsusiyyətləri barədə məlumat verir.

Cirə. Ədviyyat bitkinin toxumları qurudularaq hazırlanır. Cirə yağı soyuqdəymə və öskürək, mədə-bağırsaq pozulmaları (qıcqırma, gəyirmə), yuxusuzluq zamanı çox təsirlidir.


Badyan (ulduzvarı cirə). Ulduzabənzər toxumları ilə tanınan bu ədviyyatdan çox vaxt bəzək məqsədilə istifadə edirlər. Dadı cirəyə nisbətən acıdır. Ədviyyat mədə pozulmaları və soyuqdəymə zamanı faydalıdır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Mixək. Tərkibindəki evgenol maddəsi sayəsində mixəkdən ağrıkəsici və antiseptik vasitə kimi istifadə olunur. Mixəyin efir yağı bakteriyaların, göbələyin və virusların yayılmasının qarşısını alır, həzm sisteminin fəaliyyətini möhkəmləndirir. İspaniyalı alimlər müəyyən ediblər ki, mixəyin tərkibində antioksidant, iltihabəleyhinə xassəyə malik olan xeyli fenol birləşmələri var. Mütəxəssislərin sözlərinə görə, bu maddələr xərçəngi əmələ gətirən sərbəst radikalların vurduğu zədələrdən müdafiə edir.

Darçın. Darçın bağırsaq fəaliyyətinə çox yaxşı təsir edir, mədə şirəsinin ifrazına şərait yaradır, bununla da həzmi yaxşılaşdırır. Darçından həm də revmatizm və artrit ağrıları zamanı istifadə edilir. Bu ədviyyat qan dövranını yaxşılaşdırır, insanı sakitləşdirir.

Zəncəfil. Bu ədviyyat iştahanın pozulması və qıcqırma zamanı çox faydalıdır. Zəncəfil həm də öd kisəsi və mədəaltı vəzinin fəaliyyətinə öz müsbət təsirini göstərir. Ədviyyat, həmçinin qızışdırıcı xassəyə malikdir: siz zəncəfilli çay içdikdən 3-4 dəqiqə sonra tərləməyə başlayacaqsınız. Belə çay soyuqdəymə zamanı çox xeyirlidir.

Hil. Bu ədviyyat da zəncəfil ailəsinə aid edilir və antibiotik xassəsinə malikdir. Hil bu baxımdan sidik yollarının infeksiyası ilə mübarizədə faydalıdır. Hil, həmçinin mədə-bağırsaq problemlərində effektlidir, maddələr mübadiləsini və həzmi tənzimləyir, köpü aradan qaldırır. Bundan başqa, hil əsəb sisteminə müsbət təsiri ilə - yaddaşı möhkəmlətmək və əhval-ruhiyyəni yaxşılaşdırmaq xassəsi ilə də tanınıb.

Cövüz. Asiyada cövüz revmatizm və əzələ ağrıları, həmçinin mədə pozulmalarını sağaltma xassəsinə görə dəyərləndirilir.

Vanil. Vanilin ətri sakitləşdirir və emosional vəziyyəti yaxşılaşdırır.

Zəfəran. Bu ədviyyat hələ orta əsrlərdə dərman və müalicə vasitəsi kimi dəyərləndirilmişdi. Ondan dəri və göz xəstəliklərində istifadə olunub. Müasir göstəricilər zəfəranın həzm və ürək fəaliyyətini tənzimləmə xassəsinə malik olduğunu sübut edir. Zəfəran qaraciyəri möhkəmləndirir, əsəbləri sakitləşdirir, yuxu problemlərini aradan qaldırır.

Keşniş toxumu (koriandr). Bu toxumlardan istifadə qıcolmalar və köp zamanı daha effektlidir. Hindistanda koriandrdan revmatizm və podaqra xəstəliyində, bədən hərarətinin aşağı salınmasında və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

Mütəxəssislər qeyd edirlər ki, ədviyyatlardan az dozada və həkim məsləhəti ilə istifadə olunmalıdır. Çünki onlardan istifadə bir sıra xroniki xəstəliklər zamanı ziyanlı ola bilər.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.