Hansı qan qrupu insanlar daha çox infarkt olur? — ARAŞDIRMA

Hansı qan qrupu insanlar daha çox infarkt olur? — ARAŞDIRMA
16 Okt 2019 10:18

Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki, insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır. Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.

Realpress.az medicina.az-a istinadən bildirir ki, İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.

Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu, 11%-lə isə III ( B ) qan qrupu gəlir.

Bu fərqin bioloji mexanizmi və genetik səbəbləri hələ bilinməsə də, əvvəlki tədqiqatlar qan qrupları arasındakı fərqin qan damarlarında iltihabı və xolesterol səviyyəsini təyin etməkdə təsirli olduğunu müəyyən edib.

Qan qrupu və ürəkxəstəlikləri riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə araşdırmalar tələb olunur. Doğrudur, qan qrupunuzu dəyişə bilməzsiniz, ancaq risk qrupunda yer alırsınızsa, bəzi şeylərə mütləq diqqət etməlisiniz. Bunlara sağlam qidalanmaq, nizamlı idmanla məşğul olmaq və ən azı ildə bir dəfə qanda xolesterol səviyyəsini ölçməklə infarkt riskini azalda və ya aradan qaldırmaq mümkündür.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.