“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib
16 Okt 2019 10:41

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilmiş kamera ilə təchiz edilib. Oktyabrın 24-də satışa çıxarılacaq aparatın başlanğıc qiyməti 799 dollar təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Google”un nümayəndəsi Sabrina Ellis deyib ki, “Pixel 4” əl hərəkətlərinə reaksiya verən radar sensoru ilə təchiz edilmiş ilk smartfondur. İndi əl çalmaqla zəngin səsini söndürmək mümkündür və aparatı ələ götürən kimi sifətin tanınması sistemi işə düşür.

 

Smartfonun kamerası HDR texnologiyasını dəstəkləyir, istilik ötürmə və teleobyektiv funksiyaları, təkmilləşdirilmiş portret çəkilişi və zəif işıqda daha mükəmməl kadrların çəkilməsi imkanı ilə təchiz edilib.

 

“Pixel 4” aparatının diktofonu, həmçinin təkmilləşdirilib. Diktofon indi yalnız səsi qeydə almır, həm də real vaxt rejimində eşidilənlərin stenoqramını hazırlayır.

 

Ellis məlumat verib ki, yeni smartfon eyni funksiyalar dəstinə malik olmaqla üç ölçüdə, həmçinin üç rəngdə (qara, ağ və narıncı) əlçatan olacaq. Artıq indi ilkin sifariş etmək mümkündür.

 

Xatırladaq ki, “Pixel” istehsal xəttinə məxsus smartfonların əvvəlki modeli 2018-ci ildə təqdim edilib.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.