HarmonyOS Android ilə rəqabət apara biləcək

HarmonyOS Android ilə rəqabət apara biləcək
17 Okt 2019 09:09

Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.

Realpress.az technote.az-a istinadən bildirir ki, bu əməliyyat sistemini istənilən növ cihazda istifadə etmək olar: Smartfonlar, televizorlar, smart saatlar, noutbuklar və s. Sözügedən əməliyyat sistemini ilk əldə etmiş cihazlar isə Honor televizorları oldular. Əməliyyat sisteminin təqdimatı zamanı şirkət söz vermişdi ki, o, Çindən kənarda da çalışacaq. Lakin buna baxmayaraq şirkət öz smartfon modellərində Android əməliyyat sistemini HarmonyOS ilə əvəz etməyə tələsmir. Bunun yerinə şirkət hələ ki, açıq kod mənbələi Android versiyasından istifadə edir.

Buna baxmayaraq Ren Zhengfei əmindir ki, HarmonyOS-in bazarda öz mövqelərini gücləndirməsi üçün 2-3 il vaxt lazımdır və artıq bir neçə ildən sonra o, Android və iOS də daxil olmaqla əməliyyat sistemləri bazarında digər təmsilçilər ilə ciddi rəqabət aparacaq. Bununla yanaşı Ren Zhengfei bildirib ki, Huawei şirkəti Android əməliyyat sistemindən istifadə etməyə davam edəcək və o, Google şirkəti ilə olacaq dost əməkdaşlığına inanır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.