Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - VİDEO

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - VİDEO
17 Okt 2019 12:25

Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.

Realpress.az “virtualaz.org”a istinadən xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.

Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub.

“Bu gün oktyabrın 16-da  Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq.

Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır ...” , - yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.

Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. “Qarabağ Azərbaycandır, nida işarəsi!”, - İlham Əliyev bildirib.


16 Apr 2024
Cəmiyyət

Əlahiddə Ümumqoşun Ordunun texnikalarına baxış keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.

16 Apr 2024
Cəmiyyət

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

16 Apr 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 16 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

16 Apr 2024
Cəmiyyət

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi.