Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq

Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq
18 Okt 2019 12:01

Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.

Realpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “report”a məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

10 İyul 2020
İqtisadiyyat

Azərbaycan nefti 1,2% ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 1,2% azalıb.

9 İyul 2020
İqtisadiyyat

Neftin qiymətinin 14 dollar olması Azərbaycana necə təsir edər? - MÖVQE

2019-cu ildə Dövlət Neft Fondunun gəlirləri 19 milyard manat olub. Bu gəlirlərin 14.6 milyard manatı neftin ixracından əldə edilən gəlirlərdir. 4.4 milyard manatlıq gəlir isə digər fəaliyyətlərdən əldə olunub.

8 İyul 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 44,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

8 İyul 2020
İqtisadiyyat

Kreditlər dövlətin sahibkara ən böyük dəstəyidir

Pandemiya ilə əlaqədar görülən tədbirlərin biznesə mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət sahibkarlara dəstəyini davam etdirir. İqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli qeyd edib ki, dövlətin sahibkarlığa dəstəyini bir neçə istiqamət üzrə qiymətləndirmək mümkündür: