Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü - YENİLƏNİB + TƏFƏRRÜAT

Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü - YENİLƏNİB + TƏFƏRRÜAT
18 Okt 2019 13:13


Bakının Binəqədi rayonunda çayxanada törədilən qətlin təfərrüatı məlum olub.

“Oktyabrın 17-də səhər saatlarında Faiq Rüstəmov küçəsi, Rəsulzadə qəsəbəsində 1958-ci il təvəllüdlü Sabir Ələkbərovun cəsədi tapılıb. İstintaq kişinin başından aldığı zərbələr nəticəsində beyin qanaxmasından öldüyünü müəyyənləşdirib”, - deyə Binəqədi Rayon Polis Şöbəsindən realpress.az-a bildirilib.

Binəqədi RPİ-nin əməliyyatçıları qətlin S.Ələkbərovun tapıldığı yerdən bir neçə metr məsafədə yerləşən çayxanada baş verdiyini müəyyənləşdirib.

Belə ki, kişi çayxanada 1997-ci il təvəllüdlü Cövdət Abbasov adlı dostu ilə çay və spirtli içki içib. Söhbət əsnasında tərəflər arasında yaranan münaqişə nəticəsində C.Abbasov stoldakı çayniki götürərək S. Ələkbərovun başına zərbələr endirib.

O, daha sonra hadisə yerindən qaçıb. Qurban çayxanadan çıxıb və bir neçə metr irəlilədikdən sonra huşunu itirib.

Mərhumun meyitini səhər aşkar etmək mümkün olub. Bu müddət ərzində qohumlarından heç kim onu axtarmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin səhlənkarlıq nəticəsində ölməsi) maddəsi ilə cinayət işi açılıb.

C.Abbasov tutulub.

09:17

Bakıda çay evində qətl hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən “Vimay” klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.

Daha sonra C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.