Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı
18 Okt 2019 13:20

Bir neçə gün bundan əvvəl Ukrayna "Eurovision" mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, mövzu barədə Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin (NOTU) İdarə Heyətinin sədri Zurab Alasania açıqlama verib.

Kanal rəsmisi qeyd edib ki, Avropada Ukraynanı təmsil edən sənətçi təkcə istedadlı olmamalıdır: "Məsuliyyətini dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini orada bölüşməlidir".

Bundan əlavə, "Eurovision"a gedə bilməyən sənətçilərin siyahısı da açıqlanıb. Onlar Xalq artistləri Verka Serdyuşka, Ani Lorak, Əməkdar artist Svetlana Loboda, İvan Dorn, MARUV, Alekseev və başqalarıdır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.