Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu

Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
18 Okt 2019 15:11

Astronomlar Saturnun 20 yeni peykini kəşf ediblər ki, bu da qaz nəhəngini Günəş sistemində məlum peyklərin sayına görə çempion edib (əvvəllər Yupiter idi).

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hər kəs yeni obyektlər üçün Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərlə bağlı adlar təklif edə bilər.

Son vaxtlara qədər Yupiter Günəş sistemindəki məlum peyklərin sayına görə çempion idi - onun 79 peyki kəşf olunmuşdu. İkinci yeri 62 peyklə Saturn tuturdu, ardınca buz nəhəngləri Uran (27), Neptun (14) və cırtdan planet Pluton (5). Günəş sistemində 10-dan bir qədər çox cisim iki peykə, biri isə isə 100-dən çox obyektə sahibdir.

7 oktyabr 2019-cu ildə Skot Şeppardın (Scott S. Sheppard) başçılıq etdiyi astronomlar qrupu Saturnun ətrafında dövr edən 20 yeni peykinin kəşf edildiyini bildirərək, onların ümumi sayının 82-yə çatdığını və bununla da, Saturnun peyklərinin sayına görə birinci olduğunu qeyd ediblər. Müşahidələr yerüstü 8 metrlik "Subaru" teleskopunun köməyi ilə aparılıb. Yeni kəşf edilmiş peyklərin hər birinin diametri beş kilometrdən çox deyil, on yeddisi orbital hərəkətin geriləmə xüsusiyyətinə malikdir (hərəkət istiqaməti Saturnun fırlanma istiqaməti ilə üst-üstə düşmür), daha üçü isə digərlərinin hərəkətinə perpendikulyar istiqamətdə hərəkət edir.

Qaz nəhəngi ətrafındakı peyklərin fırlanma periodu iki ildən üç ilə qədərdir və geriləyən peyklərdən biri Saturnun ən uzaq peyki kimi qeydə alınıb. İki yeni peyk, Inuit qrupu adlanan, təxminən 46 dərəcə meylləri olan xarici peyklər qrupuna daxil edilib. Bu cisimlərin Saturnun keçmişdə dağılmış böyük peykinin parçaları ola biləcəyi ehtimal edilir. Norveç qrupundan yeni kəşf edilmiş geriləmiş peyklər də eyni mənşəyə sahib ola bilər. Başqa bir peyk təqribən 36 dərəcə meyilli orbitə malikdir və Saturnun Qalli adlı daxili peyklərinə bənzəyir.

Kəşfin elanından sonra Karnegi İnstitutu yeni peyklər üçün ən yaxşı adlar uğrunda, hər kəsin iştirak edə biləcəyi müsabiqə elan edib. Müsabiqə qaydaları ictimaiyyətə yayımlanıb və 6 dekabr 2019-cu il tarixinədək davam edəcək. Peyklər hansı qrupa mənsub olmalarından asılı olaraq Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərdən birinin adını daşıyacaqdır.

Daha əvvəl Skot Şepardın qrupu tərəfindən Planet X-in axtarışında Yupiterin 12 yeni peykinin kəşfi barədə məlumat verilmişdi. Onlardan bəzilərinə Zevsin qızları və nəvələrinin adı verilmişdi.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.