Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO
19 Okt 2019 17:00


“Sintetik torlarla və qadağan olunmuş alətlərlə balıq ovuna yox deyirik” devizi altında aksiyalara başlanılıb.  

2019 cu ilin 10 ayı ərzində 348 min nərə və uzunburun, 2 milyon 800 min çəkikimilər, 168 min qızıl balıq ETSN tərəfindən yetişdirilərək dənizə buraxılıb.  

Ancaq bütün görülən tədbirlərə baxmayaraq, Xəzər dənizində balıq ehtiyatlarının azalması davam edir. 

ETSN müavini Novruz Quliyev qadağan olunmuş vasitələrlə balıq ovlanmasını təbiətimizə qarşı vandal münasibət adlandırıb: 

“Qadağan olunmuş vasitələrlə balıq ovlanmasını təbiətimizə qarşı vandal münasibətdir. Elektrik cərəyanları, sintetik torlarla balıq ovlayanları belə hərəkətlərdən çəkinməyə çağırıram, əhaliyə müraciət edirəm ki, bu cür hallarla rastlaşarkən onlar barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.  

Aksiyada iştirak edən həvəskar balıqçı Yağnəliyev Ramil isə qanunsuz balıq ovlayanlara səslənərək bu cür əməllərindən əl çəkməyə çağırıb:  

“Bu gün ərazidə gördüyümüz torlar qanunda istifadəsinə qadağan olunan sintetik torlardır. Həmin torlar balıqların kütləvi şəkildə məhv olunmasına gətitib çıxarır. Mən də öz növbəmdə bu cür qanunsuz yollarla balıq ovlayan şəxslərə səslənərək demək istəyirəm ki, onlarda bizim kimi sivil qaydada tilovla ya da qanunda göstərilən torlarla tutsunlar. Biz təbiəti qorumalıyıq və gələcək nəsilə də balıq saxlamalıyıq”. 

Qeyd edək ki, aksiya paytaxtla yanaşı artıq bölgələrdə də başlanılıb. 


25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.