Sürücülərlə bağlı yeni - QƏRAR

Sürücülərlə bağlı yeni - QƏRAR
21 Okt 2019 13:43


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişikliyi təsdiq edib.

realpress.az-ın xəbərinə görə, bununla bağlı Kollegiyanın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.

Qərarla nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırıq verilib.

Tapşırıqda bildirilib ki, şöbə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

Qərarın icrasına nəzarət nazirliyin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçiriləcək.

Dəyişikliyə gəlincə, 2.8-ci maddə yeni redaksiyada verilir. Belə ki, işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsi ilə müəyyənləşdirir. Həmçinin sürücüləri bu barədə məlumatlandırır.

2.12 maddədə də dəyişiklik edilib. Dəyişikliyə görə, işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə dəyişikliklər edərək nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edir.

Qərar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanının 3.3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə verilib.

Həmçinin, Prezidentin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Kollegiya bu qərarı çıxarıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.