Azərbaycan bu gün güləş üzrə dünya çempionatında daha iki medal qazana bilər

Azərbaycan bu gün güləş üzrə dünya çempionatında daha iki medal qazana bilər
30 Okt 2019 10:47


Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında bu gün millimiz daha iki medal qazana bilər.

Realpress.az xəbər verir ki, sərbəst güləşçilərimizdən Əsgər Məmmədəliyev (-61 kq) və Murad Süleymanov (-74 kq) müvafiq olaraq ukraynalı və gürcüstanlı rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.

Bununla belə, dağıstanlı legionerlərimiz medal qazanmaq şanslarını saxlayıblar. Almaniyalı, moldovalı, yaponiyalı rəqiblərinə qalib gələn Hacımurad Məhəmmədsəidov (-86 kq) Azərbaycana ikinci qızıl medalı qazandıra bilər. Onun finaldakı rəqibi iranlı Kamran Qurban Qasımpur olacaq.

Daha təcrübəli olan Şamil Zubairov Bolqarıstan və İsveçrədən olan rəqiblərinə qalib gəlsə də, ABŞ-ı təmsil edən idmançıya yarımfinalda uduzub. O, bürünc medal uğrunda görüşə çıxacaq. Bu yerdə onun rəqibi iranlı Hüseyn Lütfəli Şahbaziqazvar və ya yaponiyalı Takumi Tanizaki olacaq. Hər iki görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, dünən Azərbaycan güləşçiləri bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.


15 Noy 2019
Maraqlı

SSRİ ABŞ-ı "sehrli həblər"lə necə aldadıb? — MARAQLI FAKTLAR

SSRİ-nin gizli xidmətləri uzun müddət guya astronavtlarda dözümlülüyü artırmağa kömək edən həb icad etdikləri ilə Amerika kəşfiyyatçılarını aldadıblar.

15 Noy 2019
Maraqlı

Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...

Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir.

15 Noy 2019
Maraqlı

“AliExpress” endirimli satış günü milyardlarla dollar və xaos qazandı – VİDEO

“AliExpress” endirimli satış günü milyardlarla dollar və xaos qazandı – VİDEO

15 Noy 2019
Maraqlı

Hadise Murat Bozla Avropa turuna çıxır

Türkiyəli müğənni Hadise, həmkarı Murat Boz ilə Avropa turnesinə yola düşəcək.

15 Noy 2019
Maraqlı

Bu dərmanlar yalnız ilk 24 saat ərzində içilməlidir. Sonra effekt vermir!

Soyuq fəsillərdə virus xəstəlikləri kəskin artır. Bu xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə olunmur.