Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında
31 Okt 2019 08:52


Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

Bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.

Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

UNESCO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

12 Mar 2020
Turizm

Bəhruz Əsgərov: “Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var”

“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.

24 Fev 2020
Turizm

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq

14 Fev 2020
Turizm

Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

27 Yan 2020
Turizm

Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib

Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub.