Mehmet Eli Erbilin xəstəliyi kimi tanınan “Qaçış sindromu” nədir? — Nadir xəstəliyin səbəbləri

Mehmet Eli Erbilin xəstəliyi kimi tanınan “Qaçış sindromu” nədir? — Nadir xəstəliyin səbəbləri
31 Okt 2019 09:11

Türkiyənin məşhur aparıcısı Mehmet Eli Erbil uzun müddətdir əziyyət çəkdiyi, aylarla xəstəxanada yatmağa məcbur olduğu xəstəliyi səbəbindən yenidən reanimasiyaya aparıldı. Normal həyatından məhrum olan sənətçinin xəstəliyi tibdə nadir rast gəlinən "Kaçış sindromu”dur. Amma Türkiyədə indi onu Mehmet Erbilin sindromu kimi tanıyırlar.
Realpress.az medicina.az-a istinadən tam müalicəsi hələ mümkün olmayan bu sindrom haqqında məlumatları təqdim edir.
 
Damarlarda həddən artıq genişlənmə, böyümə və ya kiçilmə ilə başlayan xəstəlik  müasir tibbdə hələ də araşdırılan, nə səbəbi, nə müalicəsi bilinməyən bir sindromdur. 
 
Xəstəlik zamanı damarların xaricinə protein, mineral və maye keçir. 
 
İri arteriyalarda olan elementlərin səbəbsizcə sürətlə damarın xaricinə, ordan da bir çox orqanların ətrafına yayılması nəticəsində vücudun bəzi yerlərində şişkinliklər yaranır, xəstənin təzyiqi qəfil çox aşağı düşür, ciddi kriz, atak və şok keçirir. Əgər təcili reanimasiyaya yerləşdirilməzsə, ölümə səbəb olur.
 
Qaçış sindromunun əlamətləri:
 
Diaqnoz qoyulana qədər illər boyu heç bir əlamət verməz, xəstə heç bir ağrı hiss etmir, amma davamlı kəskin ataklar, vəziyyətin pis olması, bədəndə şişkinliklər nəticəsində xəstəlik üzə çıxır. 
 
Bu xəstəlikdə atak tutmaları ayda 1-2 dəfə, eləcə də 5-6 aydan bir, hətta bir neçə ildən bir də ola bilir. 
 
Təkrarlanan şokdan 24 saat öncə xəstə qripə bənzər əlamətlər hiss edir. Qızdırma, yorğunluq, əzələ, sümük ağrısı, titrətmə. 
 
-Təzyiq aşağı düşür
-Qan laxtalanır
-Başgicəllənmə
-Qarında ağrılar
-Bədəndə şişkinliklər
-Bağırsaqlarda ödem
-Ayaqların şişməsi
-Qusma
-ŞOK
 
Bu xəstələrdə ürək və ağciyər orqanları ətrafına su sızdığı üçün ürək çatışmamazlığı da baş verir.
 

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.