KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları

KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları
31 Okt 2019 12:39

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var – xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

 

- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

- Yuxunu yaxşılaşdırır.

- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

- Sümükləri möhkəmləndirir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

- Beyinin fəaliyyətinə müsbət təsir edir.

- Orqanizmə əlavə enerji verir.  

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.  


12 Noy 2019
Maraqlı

QuickDrive ™ texnologiyası ilə təchiz olunmuş Samsung Add Wash ilə zamanı paltar yumağa deyil, özünüzə sərf edin

QuickDrive ™ adlandırılan texnologiyanın tərtib edilməsindən öncə Samsung şirkəti tərəfindən  dünya bazarları istehlakçıları arasında paltaryuyan maşın alarkən ən vacib olan amillər barədə sorğu keçirmişdir. Nəticəyə görə diqqət yetirilən ən vacib amillər yuyulmanın səmərəliliyi və bu prosesə sərf olunan zaman.

12 Noy 2019
Maraqlı

Nevrozun əsası uşaqlıqda qoyulur

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər. - Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar. - Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid etmək olar. - Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verə bilər.

12 Noy 2019
Maraqlı

ABŞ yeni lazer silahı istehsal edəcək

ABŞ ordusu dronları, helikopterləri, sabit qanadlı təyyarələri və düşmən raketlərini 50 kilovattlıq "lazer atışı" ilə məhv etmək üçün lazer silahı hazırlamağı planlaşdırır.

12 Noy 2019
Maraqlı

Google təhlükəsizliklə bağlı yeni layihə istifadəyə verib

"Google" şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan "OpenTitan" layihəsini istifadəyə verib. Şirkət açıq spesifikasiyalı və "root-of-trust" mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.