Meyvezer – Həbibə: Gəl, uzadım səni yat

Meyvezer – Həbibə: Gəl, uzadım səni yat
01 Noy 2019 09:40


Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdı.

Bu barədə amerikalı ESPN-ə bildirib.

“Mən döyüşə hazıram hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdü və əgər Həbib birinci dillənibsə deməli o mənim dünyama gəlməlidir.

Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdü? Ok. Gəl, uzadım səni yat”, - əfsanəvi boks ustası bunu deyib.

Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı “58-0”, rusiyalınınkı isə “27-0”dır.

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.