Məşhur müğənni Moskvada itkin düşdü

Məşhur müğənni Moskvada itkin düşdü
01 Noy 2019 12:08


Rusiyanın paytaxtı Moskva şəhərində rumıniyalı müğənni İnna ləqəbi ilə məşhurlaşan Elena Apostolyanu və onun kollektivinin üzvləri itkin düşüb.

Polis Rumıniya vətəndaşı Elena Apostolyanunun Moskvada yoxa çıxması faktını nəzərdən keçirir.

“İnna oktyabrın 26-da paytaxta Buxarestdən uçub və hotellərin birində yerləşib. Sonra Sankt-Peterburqa getməli idi, lakin onunla əlaqə kəsilib”, - Moskva hüquq-mühafizə orqanlarındakı mənbə bu məlumatı yayıb.

Onun sözlərinə görə, polis əməkdaşları itkin düşən şəxslə telefon əlaqəsi yaratmaq istəsələr də, bu, heç bir nəticə verməyib.

İfaçının bir dostu anonimliyini qorumaq şərtilə bildirib ki, Apostolyanu ilə yanaşı, onun mühafizəçisi, meksikalı sürücü, qrupundan olan nağaraçı, fərdi psixoloq və kosmetoloq da yoxa çıxıb.

O, müğənninin gecə klubların birində sərxoş vəziyyətə çatdırıb telefonları oğurlana biləcəyi ehtimalını irəli sürüb. İzahatında o, Apostolyanunun çox ağıllı və etibarlı bir qadın olduğunu vurğulayıb.

Hazırda isə musiqiçinin və onun komandasının Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir.

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.