"Mən Rəqsanə deyiləm ki, həcini hörmətdən salım" — Afət Fərmanqızı

"Mən Rəqsanə deyiləm ki, həcini hörmətdən salım" — Afət Fərmanqızı
04 Noy 2019 14:13

Müğənni Afət Fərmanqızı həmkarı Rəqsanə İsmayılovanın ''Həciləri hörmətdən salmayın'' ifadəsinə münasibət bildirib.

Realpress.az istinadla bildirir ki, O, ''Ölkə.Az''a açıqlamasında deyib ki, ''Rəqsanə xanım ''Pəncü-şeş'' mahnıma görə məni müdafiə edənlər sırasındaydı. Düşünmürəm ki, onun mənə qarşı qərəzi var. O, bu mövzuda məni nəzərdə tuta bilməz. Yox əgər məni nəzərdə tutursa, mən o deyiləm ki, ''Həcini'' hörmətdən salım. Məni özləri ilə səhv salmasınlar. Heç kimin kimdənsə danışıb yol göstərməyə haqqı çatmır. Mən bambaşqayam. Çünki mən ali təhsilli, ziyalı xanımam. Elə ailə qurmaq mənim kimi xanıma yaraşır. 

Bu dəqiqə kimlər gündəmə gəlmək istəyirsə, bu mövzu ilə bağlı mənə, Şəbnəmə, Damlaya, ya da gündəmdə olan müğənnilərə atmaca atırlar. Mən onları başa düşürəm. Bu ən asan reklam olunma yoludur. Əgər onların reklam olunmasına, gündəmə gəlməsinə nail ola biliriksə, halal xoşları olsun. Çünki o reklamla balalarına bir tikə çörək aparırlar. Mənim heç kimlə işim yoxdu. Mən heç vaxt kiməsə çıxıb söz atmamışam. Kimsə əgər mənə atmaca atıbsa, mən də onun cavabını vermişəm''. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.