“Facebook” şirkətinin loqotipi dəyişib

“Facebook” şirkətinin loqotipi dəyişib
05 Noy 2019 16:27

ABŞ-ın “Facebook” şirkəti yeni loqotip təqdim edib. Loqotip şirkətin məhsul istifadəçilərinin onu eyniadlı sosial şəbəkədən fərqləndirmək məqsədilə yaradılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, məlumata görə, şirkətin yeni loqotipində yalnız baş hərflərdən və xüsusi yaradılmış şriftlərdən istifadə olunub.

 

Qeyd olunur ki, “Facebook” şirkəti əvvəlcə mobil əlavə (sosial şəbəkə) kimi yaradılsa da, hazırda qrupa bir neçə məhsul daxildir. Onlar dünyanın bütün insanlarına ünsiyyət qurmağa və biznesi inkişaf etdirməyə kömək edirlər.

 

Bununla belə, “Facebook” sosial şəbəkəsinin brendi dəyişməz qalacaq.

 

Yaxın vaxtlarda şirkət bütün məhsul və marketinq materiallarında, o cümlədən rəsmi saytda və “Instagram” və “WhatsApp” proqramlarının əsas səhifələrində yeni loqotipdən istifadəyə başlamağı planlaşdırır.

Realpress.az



19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.