Məşhur aktrisanın sevgilisi Parisə qaçdı

Məşhur aktrisanın sevgilisi Parisə qaçdı
06 Noy 2019 09:39

Türkiyəli aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen ölkəni tərk edib.

Realpress.az xəbər verir ki,  Umut Evirgen əyləncə məkanlarının birində dostu iş adamı Ali Akını döyüb.

Ali Akın dostu haqqında İstanbul Baş Prokurorluğuna şikayət edib:

“Umut ilə əylənirdik. O, spirtli içki qəbul etdiyindən, mənə söyüşlər söyməyə başladı. Əvvəlcə zarafat etdiyini düşündüm. Amma sonra geri dönərək ona etirazımı bildirdim. Bu zaman Umut və beş mühafizəçisi məni döyməyə başladılar. Umut dəfələrlə mənə yumruq zərbələri endirdi”.
İki dost arasında baş verən dava zamanı Ali Akının burnu qırılıb.

İstanbul Baş Prokurorluğu Umut Evirgen və beş mühafizəçisi haqqında cinayət işi açıb.
O,  həbsə düşməmək üçün Parisə qaçıb.

Qeyd edək ki, aktrisanın sevgilisi 30 yaşlı Umut Evirgen reklamçıdır.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.