Rusiyanın Kemerovo şəhərində vəkillər kollegiyasının üzvünə hücum edən cinayətkar ələ keçib.
Ren.tv xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat və görüntü paylaşıb.
Görüntülərdə polislərin “Porsche” markalı avtomobilin yanında cinayətkarı ələ keçirməsi əks olunub.
Qeyd edək ki, noyabrın 6-da Rusiyada tanınmış vəkil olan Sergey Uçitel hücum nəticəsində xəsarət alaraq, xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.