Fədayə Laçın danışdı — Bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub - VİDEO

Fədayə Laçın danışdı — Bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub - VİDEO
07 Noy 2019 10:47

Müğənni Fədayə Laçın həbsdə olarkən ona ən böyük dəstəyi Manaf Ağayevdən gördüyünü bildirib.

Realpress.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib.

“Baxın bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub. Həbs xəbərimi eşidən kimi bizə ilk gələn Manaf olub. Həmin gündən mən azadlığa çıxana qədər, hər zaman ailəmin yanında olub, onlara dəstək olub. Bu insan dar günün dostudur ”.

F.Laçın neçə illər sənətdə olduqlarına baxmayaraq, heç vaxt Manafla yaxın dost olmadıqlarını da bildirib.

“Heç vaxt Manafdan bu qədər isti münasibəti gözləmirdim. Biz heç vaxt yaxın dost olmamışıq. Toydan-toya görüşürdük”,- deyə xanım müğənni bildirib.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O,  2017-ci il oktyabrın 30-da həbs edilib. O, 2019-cu il 29 oktyabrda azadlığa çıxıb.


15 Noy 2019
Şou-biznes

“Fədayəyə oxumağı mən öyrətmişəm” – Tacir Şahmalıoğlu – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Tacir Şahmalıoğlu olub.

15 Noy 2019
Şou-biznes

"Plastik həkimlərə ehtiyacım qalmır" - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni fotosessiya üçün obyektiv qarşısına keçib.

15 Noy 2019
Şou-biznes

Brilliant Dadaşova: "Mənə dedilər ki, 22 min vergiyə ödəməlisən" - VİDEO

"Bilirsiniz, gəlir yoxdursa ödəniş olmamalıdır. Lakin 2015-ci ildə mənə dedilər ki, 22 min vergiyə ödəməlisən. Mən dedim ki, axı mən o qədər qazanmamışam. Dedilər ki, bir şadlıq sarayında 20-30 dəfə olmusan. Halbuki o şadlıq sarayını ümuimiyyətlə tanımırdım. Sonra auditorla danışdıq və o, hər şeyi yoluna qoydu, düzəldi". 

15 Noy 2019
Şou-biznes

Aygün Kazımova dünya şöhrətli dizayner “sevgilisi” ilə Nyu-York küçələrində - VİDEO

Aygün Kazımova dünya şöhrətli dizayner “sevgilisi” ilə Nyu-York küçələrində - VİDEO