Yeni “Xiaomi” televizorları nümayiş olunub

Yeni “Xiaomi” televizorları nümayiş olunub
07 Noy 2019 12:27

“Xiaomi” şirkəti Çində keçirilən tədbirdə yeni “Mi Tv 5 Pro” istehsal xəttinə daxil olan üç televizor modeli təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RG” resursuna istinadən yazır ki, “Quantum Dot QLED” kvant pikselli ekranlarla təchiz edilən televizorlar “HDR10 ” genişləndirilmiş dinamik diapazonu, “8K” dekodlaşdırmasını dəstəkləyir və şirkətin bahalı qiymət sinfinə aid edilir.

 

Yeni modellər “Amlogic T972” prosessoru ilə təchiz olunub, təsvirin hərəkətini daha rəvan edən “MEMC” texnologiyasını dəstəkləyir, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Yeni “Mi Tv 5 Pro” televizorlarının korpusunun qalınlığı 5,9 millimetr təşkil edir ki, bu da 8,1 millimetr qalınlıqlı “iPhone 11” smartfonundan daha nazikdir.

 

Məlumata görə, 55 düymlük “Xiaomi Mi Tv 5 Pro” modelinin təxmini qiyməti 525 dollar, 65 düymlük versiyanın 700 dollar, 75 düyümlüyün isə 1 400 dollar təşkil edir.

 

Bundan başqa, tədbirdə nisbətən ucuz “Mi TV 5” modelləri nümayiş olunub. Onlar yaddaş tutumuna (3/32 giqabayt) və kvant piksellərlə təchiz edilməyən adi ekranlara görə fərqlənir. 55, 65 və 75 düym diaqonallı televizorların qiyməti müvafiq olaraq 425, 560 və 1130 dollar təşkil edəcək.

Realpress.az


12 Noy 2019
İT

“Apple”ın əməliyyat sistemində şifrlənmiş məktubları oxumağa imkan verən boşluq aşkar edilib

“MacOS” əməliyyat sistemi istifadəçilərinin məxfilik problemi haqqında məlumat yayılıb. Məlum olub ki, daxili poçt kliyenti şifrlənmiş məktubları “snippets.db” verilənlər bazasında yerləşdirilmiş sadə mətn kimi saxlayır.

12 Noy 2019
İT

İlk “NASA” elektrik təyyarəsi təqdim edilib

ABŞ Kosmik Agentliyi (NASA) 2015-ci ildən üzərində çalışdığı “Maxwell” adlı ilk elektrik təyyarəni nümayiş etdirib.

12 Noy 2019
İT

Şirkətlərin kiberhücumlardan illik itkiləri 6 trilyon dollar qiymətləndirilib

2021-ci ildə şirkətlərin qlobal miqyasda kiberhücumlardan illik itkiləri 6 trilyon dollardan çox olacaq. Bu barədə “Wikibon” tədqiqat agentliyinin baş analitiki Deyv Vellantenin proqnozunda deyilir.

11 Noy 2019
İT

Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı

Amerikanın "Voyacer-2" planetlərarası aparatının Yer kürəsinə ulduzlararası fəzadan göndərdiyi məlumatları alimlər araşdırıblar.

8 Noy 2019
İT

Çin “6G” şəbəkəsinin hazırlanmasını prioritet adlandırıb

Dünya yenicə "5G" texnologiyasından istifadəyə keçir, lakin Çində artıq altıncı nəsil mobil rabitə hazırlanır. Elm və Texnologiya Nazirliyi yeni protokolun sürətlə hazırlanması ilə məşğul olacaq iki tədqiqat qrupunun yaradıldığını elan edib.