Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 12-ə çatıb

Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 12-ə çatıb
07 Noy 2019 17:05

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 12-ə çatıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vəhdət Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və "Ana Vətən" Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınmışdı.


18 Noy 2019
Siyasət

İlham Əliyev yeni səfirləri qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev yeni səfirləri qəbul edib - YENİLƏNİB + FOTO

18 Noy 2019
Siyasət

Cəlil Məmmədquluzadənin nəticəsi Prezident İlham Əliyevə təşəkkür edib

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə ulu babam Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzaladığına görə təşəkkürümü bildirirəm".

18 Noy 2019
Siyasət

İlham Əliyev iki səfiri qəbul etdi - FOTO

Prezident İlham Əliyev bu gün Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın və İordaniya Haşimilər Krallığının səfiri Sami Abdullah Ğoşehin etimadnamələrini qəbul edib.

18 Noy 2019
Siyasət

Büdcə müzakirələri davam edir

Milli Məclisin komitələrində 2020-ci ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilir.

18 Noy 2019
Siyasət

Mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.