Evin tualetindən timsah çıxdı - VİDEO

Evin tualetindən timsah çıxdı - VİDEO
07 Noy 2019 17:12


Hindistanda qəribə hadisə baş verib. Qucarat ştatının Vadodar şəhərində timsah yaşayış evinin sanitar qovşağına girib.

Tualetdən səs gəldiyini eşidən ev sahibi, orada pişik olduğunu düşünüb. Lakin içəri daxil olarkən bir küncündən ona tamaşa edən timsahla qarşılaşıb, dərhal müvafiq qurumlara xəbər verib.

Xilasedicilərin timsahı ram etməsi təxminən bir saat çəkib. Onlar bunu timsahın aqressivliyi ilə əlaqələndiriblər.

1,2 metr uzunluğu olan timsahın yaşayış evinin tualetinə yaxınlıqda olan Vişvamitri çayından gəldiyi güman edilir.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.