Azərbaycanda yeni xidmət növü yaradılır - RƏSMİ

Azərbaycanda yeni xidmət növü yaradılır - RƏSMİ
07 Noy 2019 17:15

“Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.

Realpress.az "apa"ya istinadən xəbər verir ki, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.

T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi barədə xidmət yaradılır: “Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edilə biləcək.

Digər tərəfdən, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemini vətəndaşlar üçün tam istifadəyə verə biləcəyik”.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.