Özəl klinika rəhbərinin azərbaycanlı sevgilisini güllələmədən bir neçə saniyə öncə - VİDEO

Özəl klinika rəhbərinin azərbaycanlı sevgilisini güllələmədən bir neçə saniyə öncə - VİDEO
08 Noy 2019 09:39

İstanbulda özəl klinikanada birlikdə yaşadığı qadını güllələyən şəxsin videosu ortaya çıxıb. 

Realpress.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Celal adlı həkim onunla birlikdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı qadını tapança ilə güllələyib.

Hadisə Yeşilkent məhəlləsində yerləşən tibb mərkəzində, yerli vaxtla 01:00-da baş verib. Hadisədən bir neçə saniyə öncə baş verənlər kameraya düşüb. Əlində silahla sevgilisini axtaran şəxs bir-bir qapıları açır. 

Tibb mərkəzinin sahibi Celal T.-nin həyat yoldaşını hansı səbəbdən güllələdiyi hələlik məlum deyil. Arvadını güllələyən Celal hadisə yerindən qaçmağa çalışıb. 

Ancaq silah səslərini eşidən polis əməkdaşları dərhal əraziyə cəlb olunub və cinayətkar yaxalanıb.

Yaralı həkim A.A. dövlət xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilib.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.