Gecə baş verən zəlzələ barədə rəsmi açıqlama: Təkanlar davam edir

Gecə baş verən zəlzələ barədə rəsmi açıqlama: Təkanlar davam edir
08 Noy 2019 09:50

"Bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir".

Realpress.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.


Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır:

"İrandakı zəlzələdən sonra cənub zonasında qeydə alınan təkanların sayı çox olub. Hələ də təkanların qeydə alınması davam edir".

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.


19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.