Qarabağdakı separatçı rejimin sabiq “təhlükəsizlik şurasının katibi” və Qarabağ separatçıları lideri “adını” qazanmağa namizəd olan Vitali Balasanyan “Şeym.am” saytına müsahibə verib.
V.Balasanyan əmin olduğunu bildirib ki, növbəti ilin mayında Ermənistan Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyində olmayacaq:
“Bir gözəl səhər bu insan (Paşinyan - red.) özünə gələcək və deyəcək:
“Millət, mən həbsxanaya gedirəm”.
Erməni xalqı dövlətçiliyimizi itirdiyimizi başa düşsə də, gedəcək. Ancaq bununla xalqı məlumatlandırmaq lazımdır. Biz çox təhlükəli mərhələdəyik. Erməni xalqının varlığı məsələsi həll edilir, biz dövlətçiliyimizi itirə bilərik”.
"...2016-cı ildə, Aprel döyüşlərindən sonra, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş miqyaslı quruculuq işləri başlayarkən, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində bildirdi ki, bu hadisə Qarabağa "Böyük Qayıdış"ın başlanğıcıdır. Tarix qısa bir zamanda Prezidentimizin bu bəyanatının, bu proqramının reallığını artıqlaması ilə təsdiq etdi". Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.