Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi - VİDEO

Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi - VİDEO
08 Noy 2019 15:15

Meksikanın "El Çapo" ləqəbli narkobaronu Xoaquim Qusmanın oğlunu həbs edən polis küçənin ortasında güllələnib.

Realpress.az xəbər verir ki, Meksikanın Kuliakan şəhərində narkotacirin oğlu Ovidio Quzman Lopesi həbs edən polislərdən biri gündüz vaxtı avtomobil dayanacağında güllələnib. Adı açıqlanmayan polis əməkdaşına 150 güllə vurulduğu bildirilir.

Qeyd edək ki, "Sinalao" adı ilə tanınan narkotik mafiyasının lideri "El Çapo"nun oğlu 17 oktyabr tarixində həbs olunmuşdu. Bundan sonra şəhərdə təhlükəsizlik qüvvələri ilə mafiya üzvləri arasında döyüşlər başlayıb. Olayların şiddətlənməsindən sonra Meksika prezidenti Andres Manuel Lopes Obrador şəhərin təhlükəsizliyini təmin etmək üçün "El Çapo"nun oğlunu azad etmişdi.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.