Çin hakimiyyəti uşaqlara gündə 1,5 saatdan çox videooyun oynamağı qadağan edib

Çin hakimiyyəti uşaqlara gündə 1,5 saatdan çox videooyun oynamağı qadağan edib
08 Noy 2019 15:17

Çin hakimiyyəti ölkədə videooyun bazarını məhdudlaşdıran yeni qanun paketi qəbul edib. Çinin hökumət nümayəndələrinin sözlərinə görə, qanun paketi uşaqların videooyunlardan asılılığını azaltmaq üçün qəbul edilib. Bu haqda “BBC” yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, çinli yeniyetmələr iş günləri 1,5 saat və istirahət günü isə 3 saat videooyunlar oynamaq imkanına malikdirlər. Bundan başqa, ölkə hakimiyyəti axşam saat 22:00-dan səhər 08:00-dək oyunlardan istifadəni qadağan edib.

 

Bu qanunun icrasına nəzarət mexanizmi hələ ki məlum deyil. İndi Çin sakinləri videooyunlarda qeydiyyatdan keçmək üçün öz həqiqi adlarını və telefon nömrələrini yazmalıdırlar, ancaq yeniyetmələr əksər hallarda bu məqsədlə valideynlərinin telefonundan istifadə edirlər.

 

Həmçinin Çin hakimiyyəti yeniyetmələr tərəfindən onlayn oyunlarda öz hesablarına köçürülən pul məbləğinin miqdarını məhdudlaşdırıb. İndi 16 yaşına çatmamış oyunçular öz hesablarına aylıq 29 dollar, yaşı 16-dan 18-dək olanlar isə 57 dollar köçürə bilərlər.

 

Videooyun bazarının mütəxəssislərinin qənaətincə, belə yeniliklər videooyun istehsalçılarına zərər vuracaq.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.