Röya Xalq artisti kimi ilk klipini təqdim etdi - VİDEO

Röya Xalq artisti kimi ilk klipini təqdim etdi - VİDEO
08 Noy 2019 17:21


Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib. 

Realpress.az xəbər verir ki, Röya 2014-cü ildə Əməkdar artist Ədalət Şükürovun ifa etdiyi “Dedin yox” mahnısını həm oxuyub, həm də bəstəyə ekran həyatı verib.

Sözləri və musiqisi Ədalət Şükürova məxsus mahnıya kiçik dəyişiklik edilərək bir misra əlavə olunub.

Tural Manaflının şeirinə aid olan misra Xalq artisti tərəfindən mahnıda səsləndirilib.

Sözügedən bəstənin rejissorluq işi Fərhad Əliyə həvalə olunub. Klipin çəkilişləri Bakıda baş tutub.

Xalq artisti Röya Ayxan yeni klipini rəsmi “YouTube” hesabında yayımlanıb. Mahnını yüksək keyfiyyətdə dinləmək üçün “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi platformalara müraciət etmək kifayətdir.

Qeyd edək ki, bu klip Röya Ayxanın Xalq artisti fəxri adı almasından sonra təqdim etdiyi ilk ekran işidir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.