Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışır

Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışır
09 Noy 2019 16:00

Bəzi xəstəliklərin müalicəsi olduqca çətindir, məsələn, onkoloji xəstəliklər kimi. Bu xəstəliyin adı belə insanları qorxuya salır. Xərçəng çox zaman insanın ölümünə də səbəb olur. Onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, müalicənin uğurlu olması baxımından da əhəmiyyətlidir. Hazırda xərçəngə qarşı önləyici tədbir kimi skrinninq proqramlar hazırlanıb.
Maraqlıdır, onkoloji skrinninq nədir? Müayinəsi necə aparılır?

Realpress.az xəbər verir ki, bu barədə Lent.az-a danışan onkoloq Aysel İbrahimova bildirib ki, onkoloji skrinninq sözügedən xəstəlik yaranmağa başladıqda, onun erkən aşkarlanmasıdır.

"Hər onkoloji xəstəliyin öz skrinninqi mövcuddur. Məsələn, baş-boyun onkologiyası, döş onkologiyası, kiçik çanaq üzvlərinin onkologiyası və s. hər xəstəliyin özünə aid konkret skrinninqi olunur. Amma hazırda onkoloji skrinninqin tətbiq olunan növü tomoqrafiya (MRT) və ultrasəs müayinələrdir. Lakin vurğuladığım kimi, hər onkoloji xəstəliyin özünə uyğun onkoloji skrinninqi aparılır".

Mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov da açıqlama verib.

O, bildirib ki, onkoloji skrinninq - xüsusi instrumental laborator müayinələrə əsasən, heç bir onkoloji xəstəlik əlaməti daşımayan insanlarda bədxassəli törəmələrin aşkar olunmasıdır:

"Orqanizmdə latent formada mövcud olan onkoloji xəstəliklər özünü büruzə verməyə bilər və belə hallarda problemdən tez xəbər tutmaq üçün onkoloji skrinninq vacib prosedurdur".

Həkim əlavə edib ki, bu cür xəstəliklərin risk qrupuna zərərli vərdişləri (içki, siqaret) olan, artıq çəkili, yaşı 50-dən çox, ailəsində onkoloji xəstələr olan, səbəbsiz arıqlayan və iştahasızlıq əmələ gələn insanlar, hepatit B, C virusu, insan papilloma virusu olanlar, immun çatışmazlığı olanlar, əlverişsiz şəraitdə işləyənlər, əsəbi olanlar, yuxusuzluq, stress və digər əlamətlərdən əziyyət çəkənlər daxildir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.