Google təhlükəsizliklə bağlı yeni layihə istifadəyə verib

Google təhlükəsizliklə bağlı yeni layihə istifadəyə verib
12 Noy 2019 09:14

"Google" şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan "OpenTitan" layihəsini istifadəyə verib. Şirkət açıq spesifikasiyalı və "root-of-trust" mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.

Realpress.az olaylar.az-a istinadən bildirir ki, belə konsepsiya kibermüdaxilələrin qarşısını alan xüsusi modulun mövcudluğunu nəzərdə tutur. Məsələn, qabaqcıl "Google Pixel 4" smartfonlarında bu rolu "Titan M" mikrokontrolleri - qurğu işə salınan zaman quraşdırılmış proqram təminatının təhlükəsizliyini yoxlayan miniatür prosessor oynayır.

"OpenTitan" ideyasının mahiyyəti ondan ibarətdir ki, proqram təminatı avtorizə edilmiş və yoxlanılan kodun tətbiq edildiyi təsdiq edilmiş komponentlərdə işə salınır. Bu, düzgün proqram təminatları vasitəsilə yüklənməyə imkan verəcək, server və ya qurğunun təsdiqi üçün unikal kriptoqrafik identifikatoru təmin edəcək, şifrləmə açarları kimi məxfi məlumatları hətta qurğudan fiziki istifadə etmək imkanına malik insanlardan qoruyacaq.

"Google" nümayəndələrinin sözlərinə görə, "OpenTitan" layihəsi vasitəsilə yaradılan texnologiyalar çip istehsalçıları, platforma tədarükçüləri və infrastrukturu təkmilləşdirmək istəyən və təhlükəsizliyin qayğısına qalan təşkilatlar üçün faydalı olacaq.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.