Cənubi Afrikada Kryuger Milli Parkının ərazisində avtomobil qəzası zamanı isveçrəli turist ağır xəsarətlər alıb.
“Daily Mail” xəbər verir ki, 13 turisti daşıyan mikroavtobus zürafəni vurub.
Zərbənin gücündən heyvan qarşıdan gələn maşının üstünə yıxılıb və onun damını əzib. Nəticədə maşın əzilib, İsveçrədən olan ər-arvad zədələniblər.
Kişinin zədələri ağır olduğundan onu helikopter vasitəsilə Yohanesburqa aparıblar. İsveçrəlinin arvadı və mikroavtobusda hərəkət edən daha iki turist yüngül xəsarətlər alıblar. Zürafə hadisə yerində keçinib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Realpress.az
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.