QuickDrive ™ texnologiyası ilə təchiz olunmuş Samsung Add Wash ilə zamanı paltar yumağa deyil, özünüzə sərf edin

QuickDrive ™ texnologiyası ilə təchiz olunmuş Samsung Add Wash ilə zamanı paltar yumağa deyil, özünüzə sərf edin
12 Noy 2019 09:49

QuickDrive ™ adlandırılan texnologiyanın tərtib edilməsindən öncə Samsung şirkəti tərəfindən  dünya bazarları istehlakçıları arasında paltaryuyan maşın alarkən ən vacib olan amillər barədə sorğu keçirmişdir. Nəticəyə görə diqqət yetirilən ən vacib amillər yuyulmanın səmərəliliyi və bu prosesə sərf olunan zaman.

İnnovativ QuickDrive ™ texnologiyası ilə yuyulma keyfiyyətini itirmədən prosesin müddətini 50% -ə qədər azalda bilərsiniz. Çirklənməni tez və səliqəli şəkildə aradan qaldıran yeni paltaryuyan maşın, özünüzə daha çox vaxt sərf etməyə imkan yaradır.

Təmiz və sürətli yuma, "əsas baraban" və "arxa lövhədən" ibarət olan misilsiz Q-Drum, adlanan xüsusi baraban sayəsində mümkün olur. Adi paltaryuyan maşınlarda rejimindən asılı olaraq baraban fırlanma hərəkətlərini icra edərək, pərləri ilə geyimləri qarışdırırdısa, yeni texnologiya sayəsində əsas korpus barabanın arxa divarından asılı olmayaraq hərəkət edir. Burada baraban bir istiqamətdə dövr edərkən, üç pərli arxa divar isə, yuyucu məhlunun dinamikasını bir neçə dəfə artıraraq  əks istiqamətə fırlanır. Belə ki,  ikili fırlanma prinsipi sayəsində paltarlar korpus daxilində sadəcə barabanın dövr etdiyi istiqamətdə deyil, həm də əks istiqamətdə, yəni fərqli vektor üzrə hərəkət edir. 

Həmçinin, qeyd etmək lazımdır ki, mükəmməl yuyulma nəticələri dünyanın ən böyük tədqiqat şirkəti İntertekin müstəqil sınaqları ilə təsdiq edilmişdir. Belə ki, QuickDrive ™ texnologiyası bütün testləri əla nəticələrlərlə başa vurub. Paltaryuyan maşın  zərif parçalara baxım tələblərini digər məhsullar qədər yüksək səviyyədə təmin edib, eyni təmizlik keyfiyyətini qoruyaraq, yuyulma müddətini də azaltmağa müvəffəq olmuşdur. Beləliklə, sözügedən yenilik sayəsində geyimləriniz daha effektiv və texnologiyanın adından məlum olduğu kimi - daha tez yuyur.

QuickDrive ™ texnologiyası ilə təchiz olunmuş Samsung Add Wash paltaryuyan maşınlarıı barabanın dinamik fırlanması sayəsində yuyulma müddətini azaldır və yuyucu tozu aktiv köpüyə çevirən Eco Bubble ™ generatorunun köməyi ilə ən çətin ləkələri belə aradan qaldırır. Xüsusi bir generator yuyucu məhlulu oksigen ilə zənginləşdirərək, köpük halına gətirir və sonradan xüsusi dəliklər vasitəsilə barabana daxil edir. Paltarları bir növ örtük kimi bürüyən köpük kütləsi, parçanı mexaniki zədələnmədən qoruyaraq, liflərin daxilinə 40 qat daha sürətlə nüfuz edərək, hətta, ən davamlı ləkələrin belə çıxarılmasını təmin edir. 

Generator yuyucu vasitəni tamamilə həll etdiyinə görə paltarların səthində ləkələr qalmır və nəticədə tər-təmiz geyimlər əldə edirsiniz. Eco Bubble ™ texnologiyasının başqa bir üstünlüyü də ondan ibarətdir ki, indi siz hətta soyuq suda belə qüsursuz nəticələr əldə edə bilərsiniz.

Yeni QuickDrive ™ texnologiyası sayəsində Samsung Add Wash paltarların yuyulmasını tamamilə yeni bir səviyyəyə qaldıraraq, yuyulma dövrünü sürətləndirməklə yanaşı, həm də bu prosesi daha da səmərəli edir.
QuickDrive ™ texnologiyası ilə təchiz olunmuş Samsung Add Wash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.