Bakı Dövlət Sirki bərbad vəziyyətdədir - VİDEO

Bakı Dövlət Sirki bərbad vəziyyətdədir - VİDEO
12 Noy 2019 12:35


Bakı Dövlət Sirki bərbad durumdadır.

Realpress.az xəbər verir ki, uzun illərdir ki, baxımsız vəziyyətdə qalan sirkdə hər an bədbəxt hadisə gözləniləndir.

Bir neçə gün əvvəl sirkə tamaşaçı kimi gedən jurnalist Ülviyyə İsmayılova bildirir ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:

“Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.

Məsələ barədə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Baku TV-yə bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyəyə gətirilməsi texniki baxımdan çətindir:

“Bu, nəzərdə tutulandan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.

Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları Ənvər İsmayılov və Faina Leontyeva olub.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.