Qardaşının sevgilisinə görə bıçaqlanan Xose Bernardo: “Vəziyyəti yaxşı deyil” - VİDEO

Qardaşının sevgilisinə görə bıçaqlanan Xose Bernardo: “Vəziyyəti yaxşı deyil” - VİDEO
12 Noy 2019 14:31

Teleaparıcı Xose Bernardo ARB TV-nin "Show News" verilişinə müsahibə verib.

Realpress.az bildirir ki, ötən gün qardaşı Rafael Hüseynovla birgə bıçaqlanan teleaparıcı Xose Bernardo hadisənin qısqanclıq zəmnində baş verdiyini deyib:

"Ölüm xəbərim belə yayıldı. Amma hər şey qaydasındadır. Qolumda və ayağımda bıçaq kəsikləri var. İki barmağımı hiss etmirəm. Qardaşımın vəziyyəti yaxşı deyil. 15 bıçaq zərbəsi dəyib. Boğazında ən əsası qarın nahiyyəsində zərbələr çoxdur. Demək olar ki, bədəni deşik-deşikdir. Qardaşım, sevgilisi və mən həyətdə oturmuşduq. Qardaşım qonşuya nə isə almağa getdi. Birdən səsi gəldi, məni çağırırdı. Qapıya çatanda gördüm qardaşım qan içindədir. Bıçaqlayan adamla əlbəyaxa olduq. Məni də bıçaqladı. Qonşular səsimizə gəldi, həmin adam qaçdı. Ailəliklə şok keçirdik. Sonradan nə baş verdiyini anladıq. Hadisə qısqanclıq zəmnində baş verib. Bıçaqlayan şəxs qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Həmin adam həbs edilib. Qardaşım komadan ayılıb, lakin vəziyyəti ağırdır".


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.