Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu
13 Noy 2019 11:06

Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.

SYİ əsas səbəbləri. Sidikçıxarıcı sistemin infeksiyalarına qadınlarda daha tez-tez rast gəlinir. Bu qadın sidikçıxarıcı sistemin xüsusiyyətləri ilə əlaqədardır. Qadınlarda sisikçıxarıcı kanal qısa olduğundan, infeksiyanın inkişaf etdiyi sidik kisəsinə bakteriyanın yolu qısalır. Sidikçıxarı sistemin infeksiyasının daha yayılmış törədicisi bağırsaq çöpüdür. Bəzən iltihabi prosesi xlamidiya, streptokokk, enterokokk, klebsiella, protey və digərlər törədicilər yarada bilər.

SYİ formaları və əlamətləri. Uretranın iltihabı zamanı uretrit, sidik kisəsinin iltihabında sistit, infeksiya böyrəkləri əhatə etdikdə pielonefrit qeydə alınır. Sidikçıxarıcı yolların infeksiyalarının əlamət və təzahürlərinə güclü, daimi sidiyə getmə istəyi, sidiyin xarix olunması zamanı yanğı hissi, sidiyin bulanıq olması aiddir.

SYİ əsas ağırlaşmaları. Bunlara aiddir: təkrarlanan, xüsusən qadınlarda infeksiya; müalicə olunmadıqda böyrəklərin kəskin və ya xroniki infeksiyası (pielonefrit); aşağı bədən çəkili uşaqların doğuşunun yüksək riski; kişilərdə təkrarlanan uretrit sonrası uretranın daralması.

SYİ müalicəsi və profilaktikası. Bəzən antibiotiklərin hüceyrədaxili konsentrasiyası bakterisid konsentrasiya yaratmaq üçün kifayət etmədiyindən antibakterial müalicə effektli olmur. Uropatogenlərin persistə dövründə fitoterapvtik preparatlar xüsusi rol oynayır. Son illərdə uroloji təcrübədə təbii mənşəli bitki preparatları geniş istifadə olunur. Dərman bitkilərinin istifadəsinin effektivliyi tək təcrübi yolla deyil, elmi əsaslandırılmış biokimyəvi və bioloji üsulların köməyilə sübut edilmişdir. Bununla yanaşı onların digər cəlbedici xüsusiyyəti ağırlaşma və xoşagəlməz əlavə təsirlərin inkişaf riskinin aşağı olmasıdır. Təbbi vasitələr əsasən sidikçıxarıcı yollara antiseptik, spazmolitik, iltihabəleyhinə təsir göstərirlər, böyrək qan dövranını yaxşılaşdırır və kapilyarların keçiriciliyini azaldırlar, diuretik təsirə malikdirlər, böyrəklərin funksiyasını yaxşılaşdırırlar, antibakterial müalicənin effektini artırırlar.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.




8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.