Rəmiş “meymunu yada saldı” — Ağzına qızıl diş saldırmışdım - VİDEO

Rəmiş “meymunu yada saldı” — Ağzına qızıl diş saldırmışdım - VİDEO
13 Noy 2019 12:59

Məşhur gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV-də yayımlanan “Şou ATV” proqramında illər öncə evində saxladığı meymundan danışıb.

Realpress.az oxu.az-a istinadla xəbər verir ki, meymun söhbətini isə verilişdə qonaq olan digər sənətçi Manaf Ağayev açıb.

Belə ki, Manaf “Rəmiş müəllimin bir meymunu var idi. Hara gedirdi, meymunuda özü ilə aparırdı” deməsi qarşı tərəfi dilləndirib.

Xalq artisti M.Ağayevə qarşılıq verərək, “Meymunumun ağzına qızıl diş saldırmışdım. Ona isə paltarı Azəri Günelin nənəsi tikmişdi”.

Manaf Ağayev isə Rəmişin qısa çıxışını bu sözlərlə davam etdirib:

“1977-1978-ci illərdə rayona uzun saçlı, əlində meymunla bir adam gəlib. Nə qədər təəcüblü idi. Bizim qohumlarımızın toyuna gəlmişdi. Onda Gülü (Rəmişin həyat yoldaşı) nə gəzirdi?! Gülü olsaydı, nə edirdi Rəmiş müəllim meymunu?!”


28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.