"Kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır" — Fazil Mustafadan TƏKLİF

"Kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır" — Fazil Mustafadan TƏKLİF
14 Noy 2019 15:01

“Sahibkarlığın inkişafı üçün birinci məhkəmə islahatı həyata keçirilməlidir. İslahatlar barədə qərardan yeddi ay keçib və amma hələ bu təkliflərdən bir xəbər yoxdur”

Realpress.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə Vergi Məcəlləsinə dəyişikliklər zamanı çıxış edərkən deyib. 

Spiker Oqtay Əsədov deputata cavab olaraq bildirib ki, məhkəmə islahatları ilə bağlı qanun layihəsi parlamentə daxil olub: “Bu qanun layihəsi büdcədən sonra müzakirəyə çıxarılacaq. Kim deyir ki, parlamentə gəlməyib?”. Daha sonra çıxışına davam edən F. Mustafa təklif edib ki, kitab və çap məhsulları ƏDV-dən azad edilsin: “Kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır. Türkiyədə, Gürcüstanda bu, aradan qaldırıldı. 18 faiz böyük rəqəmdir. Gürcüstanın iqtisadi imkanları bizdən güclü deyil ki? Bu olsa, pirat kitablar ortadan qalxacaq, kitabların qiyməti düşəcək. Burada cəsarətli addım atmaq lazımdır.
24 Apr 2024
Siyasət

Prezident: “Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar”

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük.

24 Apr 2024
Siyasət

Ceyhun Bayramov Çexiyada Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

24 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb.

24 Apr 2024
Siyasət

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.