Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
Realpress.az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır.
Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir.
Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır.
Hadisə nəticəsində taksi sürücüsü xəsarət alır. Hadisəyə səbəb kimi sürücünün mobil telefona baçı qarışdığı bildirilir.
Videonu təqdim edirik:
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.