Gürcüstanda etirazçılar parlamentə girişi bağlayıb - Bir neçə millət vəkili istefa verib

Gürcüstanda etirazçılar parlamentə girişi bağlayıb - Bir neçə millət vəkili istefa verib
14 Noy 2019 15:49

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

Realpress.az report-a istinadən xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

Bununla bağlı bəzi deputatlar hakim "Gürcü Arzusu" Partiyasından istefa verdiklərini açıqlayıblar. 

APA-nın xəbərinə görə, parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

“Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, - deyə T. Çuqoşvili bildirib.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.