Gecə saatlarında paytaxtın Xətai rayonunda yanğın hadisəsi olub.
Realpress.az xəbər verir ki, rayonun Neapol küçəsi 29/42 mənzil 79 ünvanında binanın mansardı yanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma müraciət 01:48-də daxil olub:
“Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Beşi uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.
Qeyd edək ki, ötən gecə Xətai rayonu 18 mərtəbəli yaşayış binasının damında yanğın baş verib. İlkin məlumata əsasən, yanğına səbəb naqillərdə yaranan qısaqapanma olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.