Nəsiminin yubileyi münasibətilə Mingəçevir-Bəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq

Nəsiminin yubileyi münasibətilə Mingəçevir-Bəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq
15 Noy 2019 10:51

"Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq".

Realpress.az xəbər verir ki, bunu Trend-ə Ağcabədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev deyib.

Onun sözlərinə görə, Ağcabədi rayonu ərazisində yerli şəraitə uyğun 17 min həmişəyaşıl və meşə ağacı əkiləcək. Ağacların Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 74-121 kilometrlik və Ağcabədi-Ağdam avtomobil yolunun Boyat və Sarıcalı kəndlərinə qədər olan hissəsində əkilməsi nəzərdə tutulur.

Hazırda rayonda əkin üçün hazırlıq işlərinin aparıldığını deyən Q.Babayev qeyd edib ki, artıq ağacların əkiləcəyi ərazilərdə şum işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb: "Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi dahi şairin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması və yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Əkiləcək ağaclar, salınacaq bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək".


29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.