Bakı metrosu 25 yüksəksürətli eskalator alıb

Bakı metrosu 25 yüksəksürətli eskalator alıb
15 Noy 2019 15:23

“Bakı Metropoliteni” 25 ədəd yeni yüksəksürətli eskalator alıb.

Realpress.az“oxu.az”a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə başçısının “Bakı Metropoliteni”nə ayırdığı vəsaitdən tam səmərəli şəkildə istifadə edilir:

“Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə “Bakı Metropoliteni” üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bu vəsait hesabına metronun “Sahil”, “Şah İsmayıl Xətai” stansiyaları təmir edilib, yeni vaqonlar, eskalatorlar alınıb.

Onu da qeyd edim ki, “Sahil”, “Şah İsmayıl Xətai” stansiyası, eləcə də, hazırda inşaat işləri tamamlanmaqda olan şərti adı “B3” olan stansiya üçün 25 ədəd yeni yüksəksürətli eskalator alınıb.

Eskalatorlardan dördü “Sahil”, dördü “Şah İsmayıl Xətai” stansiyasında yerləşdirilib. Digər 17 eskalator isə “B3” stansiyasında yerləşdiriləcək.

Eyni zamanda, dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, metronun sərəncamında qalan vəsait hesabına da bir sıra işlər görülüb.

Məsələn, “28 May” stansiyasına keçid kimi tikilmiş “Cəfər Cabbarlı” stansiyasında gedən bərpa işləri metronun öz hesabına aparılır”.

Z.Hüseynov onu da əlavə edib ki, “Bakı Metropoliteni” Beynəlxalq Metro Assosiasiyasının üzvüdür:

“İstər bu il, istərsə də keçən il metropolitendə kifayət qədər işlər görülüb. Biz bu gün köhnə sovet məkanında bütün metropolitenlərin üzvü olduğu Metro Assosiasiyasının üzvüyük.

“Bakı Metropoliteni” o qədər qabaqcıl səviyyədə inkişaf edir ki, bizim tətbiq etdiyimiz qabaqcıl texnologiyanı, təcrübəni öyrənmək istəyirlər.

İşlərin mərhələli şəkildə, sistemli qurulması onların diqqətini çəkir. Çünki bu gün “Bakı Metropoliteni”nin ən müasir texnologiyalar, yeni qatarlar, dizel generatorlarla təmin edilməsi prosesi davam etdirilir”.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.